Ru
Bakı
USD
EUR
GBP
RUB

Dreamers' Lab 2 proqramında iştirak üçün qeydiyyat başlanılıb

news photo

24.08.2019 15:00 // Gənclər üçün

IdeaLab MMC, “Kanadanın Yerli İcmalar üçün Fondu”nun dəstəyi ilə həyata keçirələcək “Dreamers’ Lab 2” proqramı üçün müraciətləri qəbul edir. Bakı ərazisində yaşayan aktiv gənclər üçün nəzərdə tutulan altı aylıq intensiv təlim proqramı sentyabr 2019 - fevral 2020 müddəti ərzində həyata keçiriləcək.

Proqram Bakıda yaşayan 18-30 yaş aralığında olan gənclərin icmalarda iştirakını artırmaq məqsədi daşıyır. Proqram seçilən iştirakçılar ətraf-mühit, urban, gender bərabərliyi, incəsənət, ictimai sağlamlıq və digər məsələləri əhatə edən ideyalarını həyata keçirmək üçün lazım olan bacarıqlarla təmin olunacaqlar. Əlavə olaraq, "Dreamers’ Lab 2" proqramı iştirakçıları geniş təcrübəyə malik olan gənclərdən ibarət sosial təşəbbüs qrupları ilə əlaqələndirilərək, geniş imkanlar əldə edəcəklər.

Seçilmiş mövzularda layihələrin planlaşdırılması, idarə olunması və qeyd edilən istiqamətlər üzrə digər əlaqədar mövzular üzrə praktik təlimlər, Çexiya, Ukrayna, Gürcüstan və Türkiyədən olan gənc təşəbbüs qruplarının üzvləri, sosial və biznes sahələrindən olan ekspertlər tərəfindən keçiriləcəkdir. Eyni zamanda xarici müstəqil ekspertlər, araşdırmaçılar və dövlət qurumlarının nümayəndələri qonaq və təlimçi kimi dəvət olunacaq. 

Təlimlər Azərbaycan dilində keçiriləcək. Proqramın müddəti: 6 ay

18-30 yaş aralığında olan tələbə, məzun və gənc mütəxəssislər iştirak üçün müraciət edə bilər.

Müraciət üçün son tarix 10 sentyabrdır. Yalnız seçilən namizədlərlə əlaqə yaradılacaq.

Müraciət üçün aşağıdakı keçidə daxil olun:

forms.gle/nee6AKY4stTemsir9

 

Əlavə məlumat üçün, bizimlə əlaqə saxlayin.

E-mail: : gabbasli@epfound.az

Telefon: +9944512263604

Ünvan: Cəfər Cabbarlı küc.44, Caspian PLaza III, 3-cü mərtəbə

 

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi