Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb (FOTO)

news photo

22.08.2019 12:25 // Cəmiyyət

“Azərmarka” MMC Dövlət Sərhəd Xidmətinin (DSX) 100 illiyinə həsr olunan poçt blokunu dövriyyəyə buraxıb.

Youth “Azərpoçt” MMC-yə istinadla xəbər verir ki, poçt bloku 115x135 millimetr ölçülərində hazırlanıb və 3 markadan ibarətdir. Markaların ölçüləri isə 56x34 millimetrdir.

Dövriyyədə olan poçt blokunun tiraji 10 min nüsxə, hər bir markanın nominal dəyəri isə 3 AZN təşkil edir

Buraxılışa əlavə olaraq “Birinci gün” zərfləri 750 ədədlə tədavülə buraxılıb. Bu orijinal poçt markalı blok “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə Fransanın “Cartor Security Printing” çap evində işıq üzü görüb.

Qeyd edək ki, birinci markada DSX-nın 100 illiyi münasibətilə buraxılmış xatirə medalı əks olunub, ikinci markanın üzərində qrafik şəkildə çiynində tüfəng, gözlərinə durbin tutmuş Azərbaycan sərhədçisi, üçüncü markada isə DSX akademiyasının və DSX xüsusi məktəbinin döş nişanları öz əksini tapıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi