Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təlimi

news photo

11.06.2019 17:01 // Cəmiyyət

“İKT LAB” Tətbiq və Tədris Mərkəzi intellektual idarəetmə sisteminin qurulmasında məlumatların xüsusi əhəmiyyətini nəzərə alaraq “Məlumat əsaslı idarəçilik” (“Data-Driven Governance”) təlimi təşkil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Youthportal.az-a bildirilib ki, təlimin məqsədi məlumatların əhəmiyyəti, toplanması və istifadəsi üzrə praktiki və nəzəri biliklər əldə etmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Təlimdə bir sıra nazirlik və dövlət qurumlarının əməkdaşları iştirak edir. Təlimdə data sahəsi üzrə peşəkar mütəxəssislər müxtəlif mövzularda seminarlar keçir. Təlimin sonunda dövlət qurumlarının data əsaslı idarəçilik üzrə təcrübəsi iştirakçıların təqdimatları əsasında müzakirə olunacaq. Təlim 5 gün davam edəcək.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi