Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: müsahibənin keçirilmə qrafiki müəyyənləşdirilib

news photo

08.01.2019 11:40 // Təhsil

Ötən il noyabrın 7-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzindən Youthportal.az-a bildirilib ki, elan üzrə 11 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 66 (A növü üzrə 2 vəzifə, B növü üzrə 64 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılıb. Bu vəzifələr üzrə qeydiyyatdan keçmiş 150 namizədlə 234 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin elektron hökumət məsələləri sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 26 namizəd) və Masallı regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin dövlət borcunun uçotu və hesabatı sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 18 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin yanvarın 14-dən 28-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi