Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qulluğunun B növü üzrə test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

news photo

16.04.2019 10:36 // Cəmiyyət

İnzibati dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Youthportal.az-a bildirilib ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 21-də keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Digər xəbərlər

Xəbər lenti

“Adagio” yenidən göstəriləcək

Bakalavrların nəzərinə!

Atəşkəs 21 dəfə pozulub

"Avroviziya-2019"un qalibi məlum oldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi