Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin vaxtı məlum oldu

news photo

19.04.2019 11:14 // Cəmiyyət

9 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 41 vakant vəzifə üzrə 73 yer müsahibəyə çıxarılıb.

Dövlət İmtahan Mərkəzindən Youthportal.az-a verilən məlumata görə, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 360 namizədlə 505 müsahibənin keçirilməsi nəzərdə tutulur.

Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi, İnzibati-təsərrüfat sektorunda aparıcı məsləhətçi – proqramçı (1 vakant yer üzrə 95 namizəd) və Gəncə Şəhəri üzrə Maliyyə İdarəsi, Xəzinə əməliyyatları sektorunda məsləhətçi - proqramçı-mühəndis (1 vakant yer üzrə 32 namizəd), Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi - kompyuter proqramçısı (1 vakant yer üzrə 27 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 25 aprel – 24 may 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, şəxsi kabinetə daxil olmaqla müraciət formasında olan "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi