Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

news photo

12.12.2019 13:59 // Təhsil

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə yeni test tapşırıqlarının istifadə olunacağı elektron sınaq imtahanı keçiriləcək.

Mərkəzdən Youthportal.az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2020-ci il 11 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 11 yanvar saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi