Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qulluğuna qəbul olmaq istəyənlər sınaq imtahanları verəcəklər

news photo

18.06.2019 12:28 // Təhsil

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən Youthportal.az-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə iyunun 21-də və 25-də keçiriləcək sınaq imtahanları saat 10:00-da başlanacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq iyunun 21-də və 25-də saat 9:00-da başa çatacaq. Qeydiyyat üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.

Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir. Təkrar imtahanda iştirak etmək istəyənlər bunu nəzərə almalıdırlar.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi