Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qulluğuna müsabiqənin müsahibə mərhələsinin qrafiki müəyyən edilib

news photo

21.05.2019 11:41 // Təhsil

Aprelin 15-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM)  Youthportal.az-a bildirilib ki, müsahibələrin iyunun 4–də və 25-də keçirilməsi nəzərdə tutulur.

Elan üzrə 6 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 453 (A növündə 79 vakant vəzifə üzrə 79 yer, B növündə 374 vakant vəzifə üzrə 391 yer) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 159 namizədlə 269 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Energetika Nazirliyinin protokol xidməti sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 20 namizəd), çağrı mərkəzi sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 16 namizəd) və Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakimin köməkçisi (2 vakant yer üzrə 25 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur.

DİM namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd öz adını seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdır.

Namizədlər müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmalıdırlar.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi