Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 24 nəfər ərizə verib

news photo

11.01.2019 12:53 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə yanvarın 4-də elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin ərizə qəbulu davam edir.

DİM-dən Youthportal.az-a bildiriblər ki, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 31-i isə B növünə (inzibati icraçı) aiddir. Yanvarın 11-nə olan məlumata görə, artıq 24 nəfər qeydiyyatdan keçib. Ən çox müraciət İqtisadiyyat Nazirliyində (5 vakant yerə 8 müraciət) qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində müsahibəyə çıxarılan 11 vəzifəni tutmaq üçün 1 nəfər, Müdafiə Sənayesi Nazirliyində 16 vəzifəni tutmaq üçün 8 nəfər, Təhsil Nazirliyində 7 vəzifəni tutmaq üçün 4 nəfər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 4 vəzifəni tutmaq üçün 3 nəfər müraciət edib.

Qeyd edək ki, namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-ü saat 18.00-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi