Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 2 minədək namizəd ərizə verib

news photo

12.07.2019 15:01 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu bu gün başa çatır.

DİM-dən Youthportal.az-a bildirilib ki, iyulun 12-si saat 14:30-a olan məlumata görə, müsahibədə iştirak etmək üçün 1981 nəfər ərizə verib. Namizədlər iyulun 12-si saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (40 vəzifə) və Əmlak Məsələləri Dövlət Komitəsi (38 vəzifə) tərəfindən təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi