Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət Müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş “Eko-Aksiya” keçirilib (FOTO)

news photo

16.10.2019 19:15 // Cəmiyyət

Biləsuvar rayon Gənclər və İdman İdarəsi tərəfindən  14 oktyabr 2019-cu il tarixdə rayonun  istirahət  parkında  18 Oktyabr Azərbaycanın  Dövlət Müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş 50 nəfər gənc könüllünün iştirakı ilə  “Eko-Aksiya” keçirilib.

Youthportal.az xəbər verir ki, açılış mərasimində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov iştirak ediblər. Çıxışçılar qeyd ediblər ki,  “Eko-Aksiya”nın keçirilməsində əsas məqsəd gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsirləri ilə bağlı maarifləndirmə işi aparmaq, o cümlədən, rayon əhalisinin və gənclərin ən çox istifadə etdikləri istirahət parkında   təbiətə ziyan vuran plastik tullantılardan təmizlənməsidir.

Sonra “Ətraf mühiti birgə qoruyaq”  adlı flaşmob keçirilib. “Eko-Aksiyada İstirahət parkında 2 hektar ərazidə   plastik qabların və polietilen torbaların    yığışdırılması təşkil edilib,  yığılmış plastik qablar aidiyyatı üzrə məhv edilmək üçün təhvil verilib.

“Eko-Aksiya”da  50 nəfər xüsusi geyimdə rayon gəncləri və Biləsuvar Peşə Liseyinin şagirdləri  yaxından iştirak ediblər.

2 saata qədər davam edən “Eko-Aksiya” çay süfrəsi ətrafında xoş təəssüratla yekunlaşıb, xatirə şəkilləri çəkilib. 

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi