Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət İmtahan Mərkəzinin “YouTube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir

news photo

17.05.2019 10:53 // Təhsil

Dövlət İmtahan Mərkəzinin (DİM) “YouTube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. 2019-cu ilin əvvəllərindən başlanmış “vizuallaşdırılmış dərs” sosial layihəsi maraqla qarşılanıb və istifadəçilər belə “videodərs”lərin hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

DİM-dən Youthportal.az-a bildirilib ki, layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verir.

Materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “YouTube” kanalına yerləşdirilir. Məlum olduğu kimi, ingilis dili fənni üzrə V, VI, VII sinfə, fizika fənni üzrə isə VI sinfə aid materiallar əsasında “videodərs”lər DİM-in “YouTube” kanalına yerləşdirilib. Hazırda isə V sinif Azərbaycan dili, VI sinif coğrafiya, biologiya fənləri üzrə “vizaullaşdırılmış dərs”lərin bir hissəsi portala yerləşdirilib. Başqa fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir və yaxın vaxtlarda digər dərslər də kanala yüklənəcək.

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır. Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri var. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.

“Videodərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodik material kimi istifadə edə bilərlər.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi