Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət İmtahan Mərkəzində TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək

news photo

17.05.2019 15:09 // Təhsil

Dövlət İmtahan Mərkəzində (DİM) mayın 18-də növbəti TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək.

DİM-dən Youthportal.az-a bildirilib ki, imtahanlar Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. TOEFL IBT imtahanı saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupundan olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

“PTE Academic” ingilis dili imtahanı isə saat 10:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 09:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün linkinə daxil olmaq lazımdır.

“PTE Academic” ingilis dili imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün  linkində mümkündür.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi