Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul zamanı müsabiqənin hansı formada keçiriləcəyini açıqlayıb

22.03.2017 18:53 // Təhsil
Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün ali məktəblərə tələbə qəbulu zamanı abituriyentlər üçün müsabiqənin hansı formada keçiriləcəyini açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılacaq.
İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılacaq. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını seçməli, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil etməli və təsdiqləməlidirlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər.
Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaq. Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edəcək.
Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);
- qəbul imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;
- qəbul imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;
- qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
- qəbul imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;
- qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.
Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
- abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;
- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
- riyaziyyat fənni üzrə imtahan balı;
- Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.
Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
- riyaziyyat fənni üzrə imtahan balı;
- Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.
Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.
Abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçiriləcək. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdiriləcək.
Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər.
Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçiriləcək və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılacaq.
Digər xəbərlər
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün çox böyük örnəkdir
12.12.2019 18:09 // Təhsil
Bakı məktəblisi Ulu Öndərə həsr olunan dünya çempionatının qalibi olub
12.12.2019 17:58 // Bizim istedadlar
Gələn il “Eurovision” mahnı müsabiqəsində Avstriyanı Filippin əsilli müğənni təmsil edəcək
12.12.2019 17:47 // Cəmiyyət
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib (FOTO)
12.12.2019 17:32 // Təhsil
"Qarabağ"ın oyununa görə "Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
12.12.2019 17:16 // Cəmiyyət
Şərqşünaslıq İnstitutu Məhəmməd İbn Səud Universiteti ilə elmi əlaqələr yaradır
12.12.2019 17:00 // Təhsil
Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb
12.12.2019 16:43 // Cəmiyyət
Musiqili Teatrın solistləri Klassik Vokalçıların Ümumrespublika Festivalında iştirak edəcək
12.12.2019 16:29 // Cəmiyyət
UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib (FOTO)
12.12.2019 16:13 // Təhsil
UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib (FOTO)
12.12.2019 16:13 // Təhsil
Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq
12.12.2019 15:54 // İdman
Salyanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş şeir müsabiqəsi keçirilib (FOTO)
12.12.2019 15:54 // Təhsil
Gənclər və İdman naziri Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək
12.12.2019 15:38 // Cəmiyyət
Ulu öndər Heydər Əliyev hər zaman elmə və biliyə həssaslıqla yanaşıb (FOTO)
12.12.2019 15:17 // Təhsil
Aşqarlar Kimyası İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib
12.12.2019 15:01 // Təhsil
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılacaq
12.12.2019 14:46 // İdman
Ümummilli Liderin xatirəsi təhsil müəssisələrində yad olunub (FOTO)
12.12.2019 14:31 // Təhsil
Sumqayıt şəhərində ilk dəfə beynəlxalq TEDx layihəsi keçiriləcək
12.12.2019 14:14 // Gənclər üçün
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
12.12.2019 13:59 // Təhsil
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti müsabiqə elan edib
12.12.2019 13:43 // Cəmiyyət
ADA Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)
12.12.2019 13:30 // Təhsil
Sabah Bakıya yağış yağacaq
12.12.2019 13:13 // Cəmiyyət
Ali təhsil müəssisələrində “Horizon 2020” proqramı üzrə məlumat günü təşkil olunub (FOTO)
12.12.2019 12:58 // Təhsil
Bu gün “Qarabağ” UEFA Avropa Liqasında sonuncu oyununu keçirəcək
12.12.2019 12:39 // İdman
GİMİD İB-nin layihəsi uğurla yekunlaşdırdı (FOTO)
12.12.2019 12:26 // Gənclər üçün
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb
12.12.2019 12:10 // İdman
“Təmiz Şəhər” ASC qanvermə aksiyası keçirib
12.12.2019 11:55 // Cəmiyyət
"Gələcəyin uğur bələdçiləri" adlı ikimərhələli layihə həyata keçirilmişdir (FOTO)
12.12.2019 11:39 // Gənclər üçün
Lənkəranda Gənclərin Pəşəkar Biznes Klubunun təqdimatı keçirildi (FOTO)
12.12.2019 11:24 // Gənclər üçün
UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb (FOTO)
12.12.2019 11:11 // Təhsil