Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib

news photo

14.08.2019 10:59 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

DİM-dən Youthportal.az-a bildirilib ki, bu nömrədə 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrı jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) dərc olunub.

Bu nömrədə, eyni zamanda, həm təhsilin ödənişli əsaslarla aparılan ixtisaslar, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M

ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq mümkündür.

Qeyd olunduğu kimi, jurnalda həm təhsilin ödənişli əsaslarla aparılan ixtisaslar, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları verilib. Keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Odur ki, hər il keçid balları müsabiqə nəticələrindən asılı olaraq dəyişir.

Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az idi. I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə abituriyentlərin sayının azalmasını müşahidə etmək olurdu, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çox idi və bu da keçid ballarına öz təsirini göstərib.

Həmçinin bu il ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə daha çox idi. Ümumilikdə 2807 yer və ya 6,22 faiz artım var idi. Dövlət sifarişi üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43 faiz artım deməkdir.

Təbii ki, yuxarıda qeyd olunan amillər bu il ixtisaslar üzrə, xüsusilə də dövlət sifarişli yerlər üzrə keçid ballarının daha aşağı formalaşacağı proqnozunu verməyə əsas verirdi. Bunu artıq builki keçid ballarına baxmaqla da müşahidə etmək olar.

Dövlət İmtahan Mərkəzinin saytında 2018-ci ildə ərizələrində birinci yerdə ən çox göstərilmiş ixtisaslar üzrə dövlət sifarişli və ödənişli əsaslarla formalaşan keçid balları və onların 2019-cu ildəki keçid balları ilə müqayisəsi təqdim edilib. Xatırladaq ki, 2018-ci ildə V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanından maksimal toplanıla biləcək bal 90, 2019-cu ildə isə 300 baldır.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi