Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirilib (FOTO)

news photo

17.01.2019 10:43 // Təhsil

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2018/2019-cu tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə tanınmış təhsil ekspertləri və aparıcı KİV nümayəndələrinin iştirakı ilə mediatur keçirilib.

Akademiyadan Youthportal.az-a verilən məlumata görə, müəssisənin rəisi Qulu Novruzov qonaqları salamlayaraq, onları bu ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. O, Akademiyanın xüsusi təyinatlı ali təhsil müəssisəsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev tərəfindən 24 yanvar 2012-ci ildə yaradılan ali təhsil müəssisəsinə “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisasları üzrə ilk tələbə qəbulunun 2014/2015-ci tədris ilində aparıldığını qeyd edib. O, Akademiyanın fəaliyyəti haqqında məlumat verərək burada tədris olunan fənnlər və ixtisaslar barədə söz açıb. Azərbaycanın gömrük orqanları üçün əməkdaşlar hazırlamaq missiyasının bu xüsusi təyinatlı müəssisənin əsas vəzifəsi olduğunu nəzərə çatdırıb. O, 2018-ci ildə Akademiyanı bitirmiş məzunların hazırda gömrük orqanlarında çalışdıqlarını vurğulayıb.

Q.Novruzov qış imtahan sessiyasında imtahanların təşkili və onların gedişinə ciddi nəzarətin həyata keçirilməsi üçün işçi qrupu yaradıldığını deyib. Bununla yanaşı, Akademiya rəisi onu da qeyd edib ki, imtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq məqsədilə apellyasiya komissiyası fəaliyyət göstərir. O, imtahan sessiyasının şəffaf, normativ sənədlərə uyğun keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Sessiyanın gedişində tələbələrə imtahanlarla bağlı şikayət, rəy və təkliflərini müvafiq elektron ünvana göndərmək imkanı yaradılıb. Tələbələr tərəfindən bildirilən irad və təkliflərin təhlil olunaraq müzakirə olunduğunu da vurğulayıb.

Dövlət Gömrük Komitəsinin qarşısına dövlətimiz tərəfindən qoyulan vəzifələrdən bəhs edən Akademiyanın rəisi iqtisadi təhlükəsizliyin təmin olunmasında Komitədə aparılan islahatlara toxunub. Həmçinin Qulu Novruzov Akademiyada aparılan islahatlar və yeniliklərdən də danışıb. O, Akademiyada gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün təlimlərin yeni formatda və məzmunda keçirildiyini də xatırladıb. Qulu Novruzov vurğulayıb ki, ilk təlimlərdə gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş 29 əməkdaş iştirak edib, hazırda isə 39 əməkdaş iştirak edir.

Akademiyanın prioritetlərindən söz açan Q.Novruzov deyib ki, ən başlıcası gömrük orqanlarında çalışmaq üçün lazım olan bütün ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsidir. Bu baxımdan ali təhsil ocağının beynəlxalq əlaqələrinin qurulması və əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qarşıya qoyulub. Akademiya rəisi qeyd edib ki, Akademiyaya peşəkar müəllim və pedaqoji heyətin cəlb olunması istiqamətində də işlər aparılır, həmçinin xaricdə magistr və doktorantura təhsili alan şəxslərlə əməkdaşlıq etməkdə maraqlıdır.

Tələbələrin bilik, bacarıq və səviyyəsindən söz açan Akademiya rəisi onların həm akademik, həm şəxsiyyət, həm də yetkinlik, davranış baxımından müsbət keyfiyyətlərə malik olduqlarını deyib. DGKA-da “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələrin orta bal göstəriciləri 530-620 arası, “Hüquqşünaslıq” ixtisası üzrə isə orta bal göstəriciləri 540-610 bal arasıdır. “Hazırda Akademiyada tələbələrin yalnız bilikli, bacarıqlı, peşəkar kadrlar kimi deyil, həmçinin vətənpərvər, geniş dünyagörüşünə və yüksək mənəviyyata sahib yetkin şəxsiyyət kimi formalaşmasını təmin edən mühit yaradılıb” – deyə Qulu Novruzov diqqətə çatdırıb.

Sonra Akademiyada imtahanların keçirilməsi mexanizmini ıks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdən sonra təhsil ekspertləri və KİV nümayəndələrinin iştirakı ilə imtahanlar izlənilib, təlimlərin dinləyicilərinin nəzəri və praktiki dərs prosesi ilə yaxından tanış olublar.

Sonda imtahanlarla və təlimlərlə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, DGKA-da imtahanlar yanvarın 3-də başlayıb və fevralın 1-də başa çatacaq. Bununla yanaşı, gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün keçirilən növbəti xidmətə hazırlıq təlimləri yanvarın 31-dək davam edəcək.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Qəbul imtahanlarının vaxtı dəyişdi

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi