Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət Gömrük Komitəsinin Akademiyasında beynəlxalq elmi praktiki konfransın iştirakçıları ilə görüş olub (FOTO)

news photo

24.12.2018 12:20 // Təhsil

Dövlət Gömrük Komitəsində keçirilən "Gömrük sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə 6-cı beynəlxalq elmi praktiki konfrans"ın iştirakçıları Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) olublar.

Komitədən Youthportal.az-a bildiirlib ki, qonaqları salamlayan Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov onları bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. O, gömrük xidməti orqanlarının informasiya-kommunikasiya texnologiyaları ilə bütövlükdə yüksək səviyyədə təchiz olunduğunu deyərək 6-cı beynəlxalq elmi praktiki konfransın əhəmiyyətindən söz açıb. Akademiyanın fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən Qulu Novruzov bu təhsil ocağında aparılan islahatlardan da söz açıb. Bakalavr təhsili ilə yanaşı, Akademiyada gömrük əməkdaşlarının peşə biliklərinin artırılması məqsədilə qısa müddətli təlimlərin təşkil olunduğunu, eyni zamanda, növbəti tədris ilindən magistratura pilləsinə qəbulun da nəzərdə tutulduğunu qonaqların nəzərinə çatdırıb. O, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq DGKA-nın gömrük xidməti üzrə ixtisaslaşmış ali təhsil ocaqları ilə işgüzar əlaqələrdə maraqlı olduğunu qeyd edib.

Rusiya Gömrük Akademiyasının prorektoru, Rostov filialının direktoru Pyotr Başlı Rusiya Gömrük Akademiyasının rəhbərliyinin salamlarını çatdırıb. Təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışan qonaq tədris proqramları, elmi-akademik fəaliyyət, tələbə həyatı, təlim kursları, distant təhsil ilə bağlı məlumat verib. Eyni zamanda, gömrük orqanlarında çalışmaq üçün müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. İKT-nin hazırda bütün gömrük xidmətlərinin fəaliyyətinin işində mühüm yer tutduğunu deyən qonaq, eyni zamanda, Rusiya Gömrük Xidmətində və Rusiya Gömrük Akademiyasında informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə də məlumat verib. Ümumilikdə, elmi-tədqiqat sahəsində bacarıqların üzə çıxarılmasının vacibliyini bildirən Pyotr Başlı DGKA-nın tələbələrini Rusiya Gömrük Akademiyasında keçirilən ənənəvi illik tələbə konfransında iştirak etməyə dəvət edib.

Sonra qonaqlar Akademiyanı gəzərək, müəllim-tələbə heyəti, o cümlədən hazırlıq təlimlərinin dinləyiciləri ilə görüşüblər və təhsil ocağı ilə ətraflı tanış olublar.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi