Dövlət Gömrük Komitəsinin Akademiyasında "Açıq qapı" günü təşkil olunub (FOTO)

19.07.2019 10:18 // Təhsil
Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən "Açıq qapı" günündə abituriyentlər və onların valideynləri ilə görüş keçirilib.
Akademiyadan Youthportal.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov bu ali təhsil ocağının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli müvafiq Sərəncamına əsasən yaradıldığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi olduğunu bildirib. Akademiyanın əsas fəaliyyət istiqamətlərindən söz açan Qulu Novruzov gömrük xidmətinin ölkə iqtisadiyyatına və dövlətin milli təhlükəsizliyinə xidmət edən bir sahə olduğunu bildirib. O, abituriyent qəbulu ilə yanaşı, gömrük orqanlarında çalışan əməkdaşların peşəkarlığının artırılması üçün Akademiyada təlimlərin təşkil olunduğunu deyib.
2014/2015-ci tədris ilində Akademiyaya II ixtisas qrupu üzrə "İqtisadiyyat" və III ixtisas qrupu üzrə "Hüquqşünaslıq" ixtisasına ilk dəfə tələbə qəbulunun həyata keçirildiyini bildirən Qulu Novruzov 2019/2020-ci tədris ilindən başlayaraq I ixtisas qrupunda "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə, eləcə də magistraturaya Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları qəbulun gerçəkləşdiyini də vurğulayıb.
"Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir" – deyə sözünə davam edən Akademiya rəisi qeyd edib ki, hər bir gənc, ilk növbədə, Azərbaycan dəyərlərinə sadiq vətəndaş olmalıdır. Qulu Novruzov gömrük orqanlarında çalışan Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin yarıdan çoxunun Akademiya tələbələri olduğunu bildirib.
Azərbaycan gömrük xidmətinin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlardan da bəhs edən Qulu Novruzov bu il iyunun 29-da ÜGT-nin Brüssel şəhərində keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, eləcə də bu təşkilatın 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçilməsini xatırladıb. O, bu uğurun ölkə başçısının apardığı daxili və xarici siyasətin məntiqi nəticəsi olduğunu deyib.
12-14-iyun tarixində ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisindən də söz açan Qulu Novruzov bu beynəlxalq tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Akademiyanın beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini və bu aspektdə tələbələrin beynəlxalq tədbirlərdə iştirakına da toxunan Akademiyanın rəisi tələbələrin bu il Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi "Philip C. Jessup" beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil etdiklərini diqqətə çatdırıb.
Qulu Novruzov dərslərin təşkili, imtahanların keçirilməsi ilə bağlı məsələlərə də toxunaraq imtahanların "klaviatura-monitor" prinsipi ilə aparıldığını bildirib, tam elektron sistemin qurulduğunu, innovativ texnologiyaların tətbiq olunduğunu vurğulayıb.
Görüş çərçivəsində abituriyentləri və onların valideynlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonra görüş iştirakçıları texniki nəzarət vasitələri otağı, müxtəlif laboratoriya və innovativ metodlarla qurulmuş auditoriyalarla, İNCU mərkəzi ilə, tibbi xidmət otağı, yeməkxana ilə tanış olublar.
Sonda abituriyentlər və valideynlər keçirilən səmərəli və səmimi görüşə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.




Digər xəbərlər
Müəllimlər İsraildə “STEAM” təlimində (FOTO)
06.12.2019 17:41 // Təhsil
"WhatsApp" sabahdan kütləvi mesajları qadağan edir
06.12.2019 17:18 // High-tech
Muğam Mərkəzində növbəti xeyriyyə konserti - “Qəlbimin nəğmələri”
06.12.2019 17:04 // Cəmiyyət
ADNSU və Çinin Şimal-Şərqi Neft Universiteti əməkdaşlığa dair müqavilə imzalayıb
06.12.2019 16:50 // Təhsil
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib (FOTO)
06.12.2019 16:33 // Təhsil
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06.12.2019 16:17 // Cəmiyyət
Məktəblilərə QİÇS-lə bağlı məlumat verilib (FOTO)
06.12.2019 16:01 // Təhsil
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 15:45 // Cəmiyyət
“Təmiz Şəhər” ASC-nin ərazisində 2 min ağac əkilib (FOTO)
06.12.2019 15:30 // Cəmiyyət
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq
06.12.2019 15:12 // Cəmiyyət
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb (FOTO)
06.12.2019 14:54 // Siyasət
“Bakı Şəhər Halqası” yerli media nümayəndələri arasında multimedia müsabiqəsi keçirir
06.12.2019 14:38 // Formula 1
Şənbə gününün hava proqnozu açıqlanıb
06.12.2019 14:28 // Cəmiyyət
Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə kikboksinq üzrə peşəkar turnir təşkil ediləcək
06.12.2019 14:13 // İdman
"Nasimi passion" vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019 14:11 // Cəmiyyət
Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək
06.12.2019 13:57 // Təhsil
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 48 ölkədən idmançılar iştirak edəcəklər
06.12.2019 13:39 // İdman
Opera və Balet Teatrında “Viva opera” adlı qala- konsert olacaq
06.12.2019 13:25 // Cəmiyyət
Xəzər-Qafqaz seqmentindən bəhs edən monoqrafiya rus dilində çapdan çıxıb
06.12.2019 13:10 // Təhsil
İDEA İctimai Birliyi “TəbiətimİZ” sosial aksiyasına əsas tərəfdaş olaraq qoşulub
06.12.2019 12:57 // Gənclər üçün
Bakı Uşaq Teatrı yeni tamaşanın premyerasına hazırlaşır
06.12.2019 12:34 // Cəmiyyət
”Vikipediya”da Azərbaycanın tanınmış qadın şəxsiyyətləri haqqında onlarla məqalə yaradılıb
06.12.2019 12:17 // Təhsil
Peşə Təhsil Mərkəzində təlim: gənclərin sahibkarlıq bilikləri artırılır
06.12.2019 12:01 // Təhsil
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
06.12.2019 11:45 // Cəmiyyət
UNEC “GreenMetric Ranking” metodologiyasını tətbiq edən universitetlər arasında 432-ci yerdə qərarlaşıb
06.12.2019 11:32 // Təhsil
İlahiyyat İnstitutu “Bədii əsər oxuma müsabiqəsi” layihəsinə başlayıb
06.12.2019 11:14 // Təhsil
Orta məktəbin müəllimi dünya çempionu olub (FOTO)
06.12.2019 11:00 // Təhsil
Eden Hazard “El Klassiko”nu buraxacaq
06.12.2019 10:44 // İdman
ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib (FOTO)
06.12.2019 10:30 // Təhsil
Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
06.12.2019 10:13 // Cəmiyyət