Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət Bayrağı Günü ilə bağlı bədii kompozisiya təqdim olunub (FOTO)

news photo

08.11.2019 11:33 // Təhsil

Noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

ADPU-dan Youthportal.az-a bildirilib ki, elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar bayram münasibətilə təbrik edib. O bildirib ki, xalqımız Dövlət Bayrağı Gününü böyük ruh yüksəkliyi və dərin vətənpərvərlik hissi ilə qeyd edir. Həm ölkə səviyyəsində, həm də universitetdə silsilə tədbirlər keçirilir.

Sonra Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov çıxış edərək bildirib ki, illər ötdükcə dövlət bayrağına münasibətin daha da güclənməsinin əsas səbəblərindən biri məhz ölkə rəhbərliyi səviyyəsində bayrağımıza olan böyük ehtiramla bağlıdır.

Tədbirdə yenidənhazırlanma və təkrar ali təhsil üzrə müdavimlərin iştirakı ilə bədii kompozisiya interaktiv dərs modeli üzərində təqdim olunub.

Tələbələrin ifasında bayrağımızın tarixi haqqında məlumat verilib və müxtəlif şerlər səsləndirilib.

Sonda loqopediya və defektologiyanın nəzəri-praktik əsasları üzrə təlim kursunu müvəffəqiyyətlə başa vurmuş müdavimlərə sertifikatlar təqdim edilib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi