Ru
Bakı
USD
EUR
GBP
RUB

Dosent Nadir Adilovun "Gəncsən? Başla!" və "MəqsədliSən?!" kitablarının imza günü keçiriləcək

news photo

16.04.2019 12:59 // Cəmiyyət

Suraxanı Gənclər Evi, gənclərin işgüzar inkişafı ilə bağlı tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində mayın dördü saat 17:00-da Suraxanı Gənclər Evi və VISION ACADEMY`nin birgə təşkilatçılığı ilə Dr. dosent Nadir Adilovun "Gəncsən? Başla!" və "MəqsədliSən?!" kitablarının imza günü keçiriləcəkdir.

Qeydiyyat linki: bit.ly/2VPmDZW

GYouthportal.az xəbər verir ki, gənclərin işgüzar inkişafına məqsədi ilə yazılmış kitablarda müəllifin şəxsən tanıdığı insanların həyatlarındakı real hadisələr yer alıb. Kitablar yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Qeyd edək ki, Nadir Adilov Azərbaycanda və xaricdə çap edilən 100-dən çox elmi məqalənin və 5 elmi əsərin müəllifidir.

Bununla yanaşı VISION ACADEMY`nin tanınmış ekspetlərinin iştirakı ilə “Uğurlu karyeraya gedən yol” Seminarı təşkil ediləcək. Eyni zamanda gənclərin işgüzar inkişafı üzrə ingilis, rus, fransız, alman, yapon, çin, ərəb və.s xarici dilləriin öyrənilməsi, TOEFL, IELTS, SAT, YÖS, ALES, TYS, xaricdə təhsil, İT, Proqramlaşdırma və dizayn proqramları barədə geniş məlumat veriləcəkdir.

Bu seminar çərçivəsində, xaricdə təhsil almaq imkanları, ixtisas seçimi məsələlərində də gənclərlə geniş fikir mübadiləsi aparılacaqdır.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi