Ru
Bakı
USD
EUR
GBP
RUB

Dörd qadın güləşçimizin dünya çempionatında ilk rəqibi müəyyənləşib

news photo

17.09.2019 17:41 // İdman

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Youthportal.az xəbər verir ki, çempionatın beşinci yarış günündə - sentyabrın 18-də qadın güləşçilər 57, 59, 65 və 76 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.

Sentyabrın 17-də həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, Alyona Kolesnik (57 kq) ukraynalı İrina Çixradze, Tatyana Omelçenko (59 kq) Yeni Zelandiya idmançısı Ana Paulina Mokeyava, Elis Manolova (65 kq) hindistanlı Kaur Navyot, Səbirə Əliyeva (76 kq) isə Koreya Respublikasından olan güləşçi Eunyu Hvanq ilə qarşılaşacaq.

Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi