Ru
Bakı
USD
EUR
GBP
RUB

Dörd güləşçimiz “Təxti kuboku” turnirinin finalına yüksəlib

news photo

08.02.2019 13:45 // İdman

İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə “Təxti kuboku” turniri davam edir.

Youthportal.az xəbər verir ki, ənənəvi yarışda 10 ölkədən - İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparırlar.

İlk yarış günündə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü - Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala vəsiqə qazanıblar. Ə.Qvarzatilov qızıl medal uğrunda Uluqbəy Yoldaşbəyov (Qırğızıstan), H.Hacıyev Rza Əfzəli (İran), C.Həsənov Bəhmən Teymuri (İran), N.Hacıyev isə Əli Rzayi Qudarzi (İran) ilə qarşılaşacaq.

Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (70 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Şərif Şərifov (92 kq) və Şamil Zubairov (92 kq) bürünc medala iddialıdırlar.

Qeyd edək ki, medalçılar bu gün məlum olacaq.

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi