Ru
Bakı
USD
EUR
GBP
RUB

Donald Tramp iyunun 29-da Cənubi Koreyaya səfər edəcək

news photo

24.06.2019 15:12 // Dünyada

ABŞ Prezidenti Donald Tramp iyunun 29-da Cənubi Koreyaya iki günlük səfər edəcək.

Youthportal.az Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya lideri administrasiyasının nümayəndəsi Ko Min Çjun məlumat verib.

Onun sözlərinə görə, “Amerika - Cənubi Koreya alyansının gücləndirilməsi və Koreya yarımadasının tam nüvəsizləşdirilməsi vasitəsilə sülhün bərqərar olması üçün ikitərəfli əməkdaşlığın yolları” iyunun 30-da baş tutacaq ABŞ və Koreya Respublikası liderlərinin sammitində danışıqların əsas mövzuları olacaq.

Bir qədər əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs da Donald Trampın iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək İyirmilik qrupunun sammitindən dərhal sonra Cənubi Koreyaya səfər edəcəyini bildirmişdi.

Digər xəbərlər

Xəbər lenti

Qoruqlara giriş ödənişsiz olacaq (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi