Ru
Bakı
USD
EUR
GBP
RUB

Doktorantura və dissertanturaya xarici dil üzrə elektron sınaq imtahanları keçiriləcək

news photo

15.01.2020 14:20 // Təhsil

Dövlət İmtahan Mərkəzində (DİM) doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız, alman) fənləri üzrə imtahana daha da səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanları keçiriləcək

DİM-dən Youthportal.az-a verilən məlumata görə, sınaq imtahanları 2020-ci il yanvarın 18-də saat 10.00 və 15.00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 17 yanvar saat 17.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün https://eservices.dim.gov.az/elimt/DocSinaq keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait (60 AZN) qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi