Ru
Bakı
USD
EUR
GBP
RUB

“Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

news photo

17.12.2018 14:43 // Cəmiyyət

Dekabrın 19-da Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Youthportal.az xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm

Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, eləcə də vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə keçirilən müsabiqəyə 700-dək uşaq, 1800 əsəri ilə qatılıb. Sərgidə 12 yaşa qədər 165 uşağın 170 işi və 12-17 yaş arası 135 uşağın 140 işi nümayiş ediləcək.

Sonda qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi