Ru
Bakı
USD
EUR
GBP
RUB

DMX və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Spelling Bee” layihəsi həyata keçirilib

news photo

02.08.2019 16:02 // Gənclər üçün

Dövlət Miqrasiya Xidmətinin (DMX) və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Spelling Bee” layihəsi həyata keçirilib.

DMX-nin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, miqrasiya könüllüləri dünya ölkələri tərəfindən hər il keçirilən, ingilis dilinin təşviqi ilə bağlı məşhur söz oyunu olan “Spelling Bee” layihəsini reallaşdırıblar. “Spelling Bee” layihəsi tədrisdənkənar ingilisdilli fəaliyyətin inkişafına, bu dildə düzgün yazı və tələffüzün öyrənilməsinə, gənclər arasında ingilis dilinin akademik səviyyədə təşviqinə xidmət edir. Yarış güclü yaddaşla yanaşı, iti zehin tələb edir. Əyləncəli yarışın qaydaları ilk dəfə ABŞ-da hazırlanıb. Layihə düzgün tələffüzü formalaşdırmaqla yanaşı, lüğət ehtiyatını zənginləşdirir. Orta məktəblərdən başlayaraq təşkil edilən oyun sonrakı mərhələdə daha geniş formatda - ümumrespublika səviyyəsində həyata keçirilir. Hər il ABŞ-da 11 milyondan artıq tələbə 90 illik ənənəyə malik “Spelling Bee” oyununun qalibi olmaq üçün yarışır.

DMX və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkil etdiyi yarışda 55 gənc arasından seçilmiş 18 iştirakçı yaddaşını yoxlayıb. Onlara əvvəlcədən verilmiş 500 sözdən yalnız 144-dən istifadə olunub. Final mərhələsində isə gənclər yeni sözləri düzgün tələffüz etməklə mübarizə aparıblar.

Yeddi mərhələdən ibarət yarışın yekununda qaliblər müəyyənləşib.

Miqrasiya Könüllüləri arasında keçirilən “Spelling Bee” layihəsinin gənclər tərəfindən maraqla qarşılandığını və dil biliklərinin inkişafına böyük töhfə verdiyini nəzərə alaraq, gələcəkdə eyniadlı layihənin daha geniş formatda keçirilməsi nəzərdə tutulur.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi