Ru
Bakı
USD
EUR
GBP
RUB

"Disney" şirkəti Notr-Damın bərpası üçün $ 5 milyon ayırıb

news photo

18.04.2019 13:03 // Dünyada

ABŞ-ın "The Walt Disney Company" media-konqlomeratı Fransanın paytaxtı Parisdə yanğın baş vermiş Notr Dam kilsəsinin bərpası üçün 5 milyon dollar vəsait ayırıb.

Youthportal.az "The Hill"ə istinadən xəbər verir ki, "The Walt Disney Company" 1996-cı ildə Viktor Güqonun " Note-Damdan olan qozbel" əsəri əsasında cizgi filmi çəkib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi