DİQQƏT! Bu videolar ailənizi dağıda bilər - TÖVSİYƏ

09.02.2015 19:30 // Cəmiyyət
Sosial şəbəkədə istifadəçilərinin səhifəsində yayılan “spam” videolar ailə-məişət zəminində də problem yaradır. Adının açıqlamasını istəməyən xanım Youthportal.az-a bildirib ki, bunun nəticəsində ailəsində narazılıq olub: “Mən işimlə əlaqədar səhifəmə bir neçə saat daxil olmamışam. “Facebook” dostlarımdan biri hansısa linkə daxil olub. Bunun nəticəsində onun səhifəsinə virus düşüb və həmin virus da bizim səhifələrimizə çıxıb. Bunu görən həyat yoldaşımın qohumu qayınatama xəbər verib”.
Xanım “facebook” istifadəçinin sözlərinə görə, nə qohumu, nə də qayınatası həmin əxlaqsız videonun onun səhifəsində çıxmasının səbəbini bilmirlər. “Elə ona görə də ailəmdə problemlər yaşadım. Amma həyat yoldaşım da mənim kimi sosial şəbəkə istifadəçisi olduğundan, məni başa düşdü”-deyə, o bildirib.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Youthportal.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə virusların qarşısının alınması üçün tədbirlər nəzərdə tutulub: “Birinci növbədə istifadəçilər “facebook”un elementar qayda-qanunlarını bilməlidirlər. Əvvəla, “facebook”da dostluğa qəbul, gələn mesajların oxunması üçün qaydalara əməl edilməlidir. Eyni zamanda, kompüterlərdə anti-virus proqramı olmalıdır”.
O. Gündüz onu da qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin saytında sosial mediadan, o cümlədən “facebook”dan təhlükəsiz istifadə qaydaları ilə bağlı məlumat yerləşdirilib.
Mərkəzdən Youthportal.az-a bildirilib ki, internet texnologiyalarının inkişafı sürətlə həyatımıza nüfuz etməkdədir və bu ən çox özünü internetdə mövcud olan sosial şəbəkələrdə göstərir. Hər ötən gün sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır. Belə ki, bir çox insan sosial şəbəkələrsiz həyatını təsəvvür etmir və gündəlik olaraq müxtəlif məqsədlərlə (iş, əyləncə, ünsiyyət və s.) bu şəbəkələrdən istifadə edir.
Belə olan təqdirdə sosial şəbəkələrdə istifadəçilərin təhlükəsizliyi məsələləri də gündəmə gəlir. Sosial şəbəkə istifadəçilərinin ən çox qarşılaşdığı problemlər – hesablarının başqaları tərəfindən oğurlanması, onların adına saxta hesabların yaradılması, sosial şəbəkə vasitəsilə spam və virusların yayılması, istifadəçilərə məxsus şəkillərin xoşagəlməz şəkildə paylaşılması kimi hallardır. Buna səbəb isə istifadəçilərin öz hesablarının informasiya təhlükəsizliyini təmin etmələri barədə kifayət qədər məlumata malik olmamalarıdır. Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi, sosial şəbəkələr arasında istifadəçi sayına görə "Facebook" öndədir.
Bütün bu amilləri nəzərə alan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) yerli istifadəçilərə yönəlik maarifləndirici xarakter daşıyan kitabça hazırlayıb. "Facebook"da təhlükəsizlik məsələləri və arzuolunmaz hallarla mübarizə üsullarının qeyd olunduğu kitabça sosial şəbəkədə informasiya təhlükəsizliyinin təmin olunması məsələlərindən bəhs edir.
Kitabça Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən Facebook sosial şəbəkəsinin cari istifadə və təhlükəsizlik qaydaları əsasında hazırlanıb və tövsiyə xarakteri daşıyır. Kitabçada bəhs olunan mövzular isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:
- Facebook sosial şəbəkəsindən istifadə zamanı riayət etməli olduğumuz təhlükəsizlik qaydaları
- Facebook hesabınızın təhlükəsizliyi üçün ən əhəmiyyətli addımlar (xəbərdarlıq mesajı və təhlükəsizlik kodu)
- Oğurlanmış Facebook hesabını geri qaytarmaq üçün görülməli tədbirlər
- Spam və virusların Facebook vasitəsilə yayılma yolları (Facebook tətbiqləri, fişinq hücumlar və s.) və onlara qarşı təhlükəsizliyin təmin olunması üsulları
- Saxta hesablar
- Facebook hesabınızla bağlı əhəmiyyətli məlumatların əldə olunması
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ETM tərəfindən hazırlanan maarifləndirici kitabça informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırma və tövsiyə xarakteri daşıyır. Kitabçanın elektron versiyasını saytın Maarifləndirmə bölməsindən (http://www.cert.az/s/u/document/2_fb_merge.pdf) əldə etmək mümkündür.
Digər xəbərlər
Məktəbdə “Cahana sığmayan şair” adlı tədbir keçirilib
07.12.2019 11:43 // Təhsil
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
07.12.2019 11:17 // İdman
"Apple" 2020-ci ildə 5 yeni "iPhone" təqdim edə bilər
07.12.2019 10:48 // High-tech
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb
07.12.2019 10:29 // İdman
Cəbhədə atəşkəs 24 dəfə pozuldu
07.12.2019 10:00 // Qarabağ
Müəllimlər İsraildə “STEAM” təlimində (FOTO)
06.12.2019 17:41 // Təhsil
"WhatsApp" sabahdan kütləvi mesajları qadağan edir
06.12.2019 17:18 // High-tech
Muğam Mərkəzində növbəti xeyriyyə konserti - “Qəlbimin nəğmələri”
06.12.2019 17:04 // Cəmiyyət
ADNSU və Çinin Şimal-Şərqi Neft Universiteti əməkdaşlığa dair müqavilə imzalayıb
06.12.2019 16:50 // Təhsil
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib (FOTO)
06.12.2019 16:33 // Təhsil
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06.12.2019 16:17 // Cəmiyyət
Məktəblilərə QİÇS-lə bağlı məlumat verilib (FOTO)
06.12.2019 16:01 // Təhsil
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 15:45 // Cəmiyyət
“Təmiz Şəhər” ASC-nin ərazisində 2 min ağac əkilib (FOTO)
06.12.2019 15:30 // Cəmiyyət
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq
06.12.2019 15:12 // Cəmiyyət
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb (FOTO)
06.12.2019 14:54 // Siyasət
“Bakı Şəhər Halqası” yerli media nümayəndələri arasında multimedia müsabiqəsi keçirir
06.12.2019 14:38 // Formula 1
Şənbə gününün hava proqnozu açıqlanıb
06.12.2019 14:28 // Cəmiyyət
Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə kikboksinq üzrə peşəkar turnir təşkil ediləcək
06.12.2019 14:13 // İdman
"Nasimi passion" vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019 14:11 // Cəmiyyət
Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək
06.12.2019 13:57 // Təhsil
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 48 ölkədən idmançılar iştirak edəcəklər
06.12.2019 13:39 // İdman
Opera və Balet Teatrında “Viva opera” adlı qala- konsert olacaq
06.12.2019 13:25 // Cəmiyyət
Xəzər-Qafqaz seqmentindən bəhs edən monoqrafiya rus dilində çapdan çıxıb
06.12.2019 13:10 // Təhsil
İDEA İctimai Birliyi “TəbiətimİZ” sosial aksiyasına əsas tərəfdaş olaraq qoşulub
06.12.2019 12:57 // Gənclər üçün
Bakı Uşaq Teatrı yeni tamaşanın premyerasına hazırlaşır
06.12.2019 12:34 // Cəmiyyət
”Vikipediya”da Azərbaycanın tanınmış qadın şəxsiyyətləri haqqında onlarla məqalə yaradılıb
06.12.2019 12:17 // Təhsil
Peşə Təhsil Mərkəzində təlim: gənclərin sahibkarlıq bilikləri artırılır
06.12.2019 12:01 // Təhsil
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
06.12.2019 11:45 // Cəmiyyət
UNEC “GreenMetric Ranking” metodologiyasını tətbiq edən universitetlər arasında 432-ci yerdə qərarlaşıb
06.12.2019 11:32 // Təhsil