Ru
Bakı
USD
EUR
GBP
RUB

Dini radikalizimə qarşı mübarizədə gənclər fəal olmalıdırlar

news photo

18.10.2018 16:54 // Cəmiyyət

Oktyabrın 17-də Masallı şəhərindəki Gənclər Mərkəzində “Dini radikalizimə qarşı mübarizə” mövzusunda keçirilən konfransda dini ekstremizm və ayrıseçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik dəyərlərinin təbliği istiqamətində çağırışlar edilib.

Youthportal.az xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsi, Masallı Dövlət Regional Kolleci və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərin, dini icmaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov tədbir iştrakçılarını qarşıdan gələn Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edərək tədbirin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov çıxışında ölkəmizdə dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb.

O, ölkəmizdə dini radikalizmin yayılmasının qarşısının alınması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayaraq gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Masallı Dövlət Regional Kollecinin metodisti, tarixçi Baba Həsənov müxtəlif dinlərin yaranmasından söz açaraq ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması və onların siyasiləşdirilməsindən bəhs edib.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları barədə çıxış edib. O, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib, dini radikalizimə qarşı mübarizədə gəncləri fəal olmağa səsləyib.

Masallı Dövlət Regional Kollecinin tələbəsi Əzizə Bağırzadə gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da davam etdirilməsinin çox vacib olduğunu vurğulayıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi