Ru
Bakı
USD
EUR
GBP
RUB

Dinara Əliyevanın iştirakı ilə Böyük Teatrda “Bohema” operası oynanılacaq

news photo

03.08.2018 11:14 // Cəmiyyət

Noyabrın 30-da Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş etdiriləcək.

Youthportal.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Miminin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva səsləndirəcək.

Xatırladaq ki, həmvətənimiz “Bohema” operasında Myuzetta obrazını da məharətlə yaradıb.

2009-cu ildən Böyük Teatrın solisti olan Dinara Əliyeva İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. Moskvada Dinara Əliyevanın iki dəfə “Opera Art” Beynəlxalq Musiqi Festivalı təşkil olunub.

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi