DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

19.11.2019 17:05 // Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN Mətbuat Xidmətindən Youthportal.az-a verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.
Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş, Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və qeydiyyatda olan şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqə qaliblərinin təyinatı zamanı, ilk növbədə, həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il noyabr ayının 18-dən dekabr ayının 18-dək http://www.mia.gov.az/index.php?/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası (olanlar üçün);
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
"Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilib.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-92-37; 590 -80-66; 590-93-27; 590-93-45; 590-93-64; 590-95-23.
Digər xəbərlər
Məktəbdə “Cahana sığmayan şair” adlı tədbir keçirilib
07.12.2019 11:43 // Təhsil
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
07.12.2019 11:17 // İdman
"Apple" 2020-ci ildə 5 yeni "iPhone" təqdim edə bilər
07.12.2019 10:48 // High-tech
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb
07.12.2019 10:29 // İdman
Cəbhədə atəşkəs 24 dəfə pozuldu
07.12.2019 10:00 // Qarabağ
Müəllimlər İsraildə “STEAM” təlimində (FOTO)
06.12.2019 17:41 // Təhsil
"WhatsApp" sabahdan kütləvi mesajları qadağan edir
06.12.2019 17:18 // High-tech
Muğam Mərkəzində növbəti xeyriyyə konserti - “Qəlbimin nəğmələri”
06.12.2019 17:04 // Cəmiyyət
ADNSU və Çinin Şimal-Şərqi Neft Universiteti əməkdaşlığa dair müqavilə imzalayıb
06.12.2019 16:50 // Təhsil
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib (FOTO)
06.12.2019 16:33 // Təhsil
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06.12.2019 16:17 // Cəmiyyət
Məktəblilərə QİÇS-lə bağlı məlumat verilib (FOTO)
06.12.2019 16:01 // Təhsil
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 15:45 // Cəmiyyət
“Təmiz Şəhər” ASC-nin ərazisində 2 min ağac əkilib (FOTO)
06.12.2019 15:30 // Cəmiyyət
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq
06.12.2019 15:12 // Cəmiyyət
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb (FOTO)
06.12.2019 14:54 // Siyasət
“Bakı Şəhər Halqası” yerli media nümayəndələri arasında multimedia müsabiqəsi keçirir
06.12.2019 14:38 // Formula 1
Şənbə gününün hava proqnozu açıqlanıb
06.12.2019 14:28 // Cəmiyyət
Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə kikboksinq üzrə peşəkar turnir təşkil ediləcək
06.12.2019 14:13 // İdman
"Nasimi passion" vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019 14:11 // Cəmiyyət
Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək
06.12.2019 13:57 // Təhsil
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 48 ölkədən idmançılar iştirak edəcəklər
06.12.2019 13:39 // İdman
Opera və Balet Teatrında “Viva opera” adlı qala- konsert olacaq
06.12.2019 13:25 // Cəmiyyət
Xəzər-Qafqaz seqmentindən bəhs edən monoqrafiya rus dilində çapdan çıxıb
06.12.2019 13:10 // Təhsil
İDEA İctimai Birliyi “TəbiətimİZ” sosial aksiyasına əsas tərəfdaş olaraq qoşulub
06.12.2019 12:57 // Gənclər üçün
Bakı Uşaq Teatrı yeni tamaşanın premyerasına hazırlaşır
06.12.2019 12:34 // Cəmiyyət
”Vikipediya”da Azərbaycanın tanınmış qadın şəxsiyyətləri haqqında onlarla məqalə yaradılıb
06.12.2019 12:17 // Təhsil
Peşə Təhsil Mərkəzində təlim: gənclərin sahibkarlıq bilikləri artırılır
06.12.2019 12:01 // Təhsil
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
06.12.2019 11:45 // Cəmiyyət
UNEC “GreenMetric Ranking” metodologiyasını tətbiq edən universitetlər arasında 432-ci yerdə qərarlaşıb
06.12.2019 11:32 // Təhsil