Ru
Bakı
USD
EUR
GBP
RUB

DİM işçi axtarır

news photo

15.04.2019 11:11 // Təhsil

Dövlət İmtahan Mərkəzində Dövlət qulluğu məsələləri şöbəsi, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunda məsləhətçi və aparıcı məsləhətçi vəzifələri, Dövlət qulluğu məsələləri şöbəsi, Vəzifə təlimatları və elanlarla iş sektorunda isə aparıcı məsləhətçi vəzifələri vakantdır.

Mərkəzdən Youthportal.az-a verilən məlumata görə, bu vəzifələrdə çalışmaq istəyən şəxslər aprelin 28-dək müraciət formasını a.quliyeva@dim.gov.az ünvanına göndərə bilərlər.

Mövzu bölməsində iddia olunan vəzifə və struktur bölmənin göstərilməsi tövsiyə olunur.

Hər bir vəzifə üzrə əmək haqqı, qulluq funksiyaları, vəzifənin tutulma şərtləri, müsahibə proqramı, müsahibəyə hazırlaşmaq üçün ədəbiyyat siyahısı DİM-in saytının “Mərkəz”>“Vakansiyalar” bölməsində yerləşdirilib.

Qeyd edilib ki, dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikata, həmçinin xarici dil bilikləri üzrə sertifikata malik olan şəxslərə üstünlük veriləcək və müsahibəyə dəvət olunacaqlar.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi