Ru
Bakı
USD
EUR
GBP
RUB

DİM dövlət qulluğuna qəbul üzrə namizədlərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb

news photo

16.07.2019 11:48 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-ci il iyunun 30-da imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən, habelə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM-in) əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında statistik məlumatları təqdim edib.

DİM-dən Youthortal.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 1611-i keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 432-si imtahandan uğurla keçib (26,8 faiz).

DİM-in təqdim etdiyi cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. 201-300, 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 16,8 faizi, 24,2 faizi, 32,7 faizi, 44,7 faizi, 60,0 faizi test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə edilir.

Müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 155-i ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 8 nəfər (5,2 faiz) imtahanda uğur qazanmayıb. Müvəffəqiyyət əldə edənlərdən 5 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 3 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Digər xəbərlər

Xəbər lenti

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi