DİM Bakıda IAEA-nın 45-ci illik konfransını keçirəcək

08.08.2019 10:30 // Təhsil
Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 22-27-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının (IAEA) 45-ci illik konfransını təşkil edəcək.
DİM-dən Youthportal.az-a verilən məlumata görə, Bakıda keçiriləcək builki konfransın mövzusu “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları”dır. IAEA - 2019 Konfransında ali təhsil müəssisələri, ümumtəhsil müəssiələri, həmçinin iş yerlərində qiymətləndirmənin çoxşaxəli məsələlərini əhatə etmək məqsədilə bir sıra mövzular əsasında təqdimatların olacağı nəzərdə tutulur.
Bu günə qədər 50 ölkə üzrə tədqiqatçıların 160 məqaləsi konfransın Elmi Komitəsinə təqdim edilmiş və 376 iştirakçı qeydiyyatdan keçib.
Təqdim olunan elmi işlər uyğunluq, keyfiyyət, əhəmiyyət və dəqiqlik meyarları əsasında Elmi Komitənin aşağıdakı üzvləri tərəfindən qiymətləndirilib:
Məleykə Abbaszadə - Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri;
Kamil Aydazadə - AMEA İdarəetmə Sistemləri İnstitunun "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı" laboratoriyasının rəhbəri;
Fariz İsmayılzadə - ADA Universitetinin prorektoru;
Zülfiyyə Veysova - Bakı Avropa Liseyinin direktoru;
Yoah Cohen – İsrailin Test və Qiymətləndirmə üzrə Milli İnstitutunun elmi tədqiqatçısı;
John Pitman - Quinsland Brisbeyn Avstraliya Universitetinin və Təhsil məktəbinin professoru.
Tədbirdə təhsilin qiymətləndirilməsi üzrə aparıcı tədqiqatçıların (“keynote speakers”) mühazirələri ilə yanaşı praktiki məşğələlər (Pre and Post-Conference Workshops) də keçiriləcəkdir.
Konfransda dünyanın nüfuzlu təhsil müəssiələrindən olan spikerlər aşağıdakı mövzular üzrə mühazirələrlə çıxış edəcəklər:
Dr. Amra Seybik El-Reys (Kolumbiya Universiteti, ABŞ) - Azərbaycanın iqtisadi inkişafında təhsilin və qiymətləndirmənin rolu: imkanlar və çətinliklər;
Prof. Piter Tims (Durham Universiteti, Böyük Britaniya) - İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi;
Dr. Hanan Xalifa (Cambridge Assessment English, Böyük Britaniya) - Qiymətləndirmə islahat təşəbbüsü kimi;
Dr. Cemi Dunli (British Council Assessment, Böyük Britaniya) - Təhsil islahatlarında ümumi standartların səmərəli şəkildə həyata keçirilməsində standartların rolu;
Prof. Neytin Kuncel (Minnesota Universiteti, ABŞ) - Təhsilin qiymətləndirilməsində proqnozlar və proseslər.
Əsas mühazirələr və praktiki məşğələlərdə iştirak etmək istəyən şəxslər burada verilmiş məlumat və cədvələ uyğun olaraq qeydiyyatdan keçməyə dəvət olunurlar. Qeyd edək ki, yerli iştirakçılar üçün konfransa qeydiyyatın tam iştirak haqqı 250 ABŞ dolları, bir günlük iştirak haqqı isə 60 ABŞ dolları təşkil edir. Konfransda iştirak üçün qeydiyyat sentyabrın 1-dək, praktiki məşğələlərdə iştirak üçün isə sentyabrın 15-dək davam edəcək.
Digər xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib (FOTO)
14.12.2019 23:28 // Cəmiyyət
Kristian Pulişiç ABŞ-da 2019-cu ilin ən yaxşı futbolçusu seçilib
14.12.2019 11:29 // İdman
“Azərbaycan inciləri”, “Gəncə-Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olacaq
14.12.2019 11:01 // Cəmiyyət
Azərbaycanın qadınları haqqında “Vikipediya”da yaradılmış məqalələrlə bağlı tədbir keçiriləcək
14.12.2019 10:34 // Təhsil
UNEC-in təhsil imkanları bu dəfə Gəncə və Mingəçevir məktəblərində təqdim olunub
14.12.2019 09:37 // Təhsil
İstirahət günlərində gözlənilən hava proqnozu
13.12.2019 19:00 // Cəmiyyət
Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə
13.12.2019 18:22 // Təhsil
AMEA-nın Elm Tarixi İnstitutu beynəlxalq təşkilata üzv olub
13.12.2019 17:59 // Təhsil
"Fiat" və "Peugeot" avtomobil markaları birləşir
13.12.2019 17:37 // Dünyada
Diaqnostik qiymətləndirilmədə 60 bal toplamış Elvin Bəkirov “Bizim müəllim” layihəsində
13.12.2019 17:24 // Təhsil
ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib (FOTO)
13.12.2019 17:05 // Təhsil
“Masters”: Rüstəm Orucov bürünc medal qazanıb
13.12.2019 16:51 // İdman
"Microsoft" yeni oyun konsolunu təqdim edib
13.12.2019 16:33 // High-tech
Turizm və Menecment Universitetinin əməkdaşı beynəlxalq konfransda məruzə edib
13.12.2019 16:08 // Təhsil
Şənbə gününün hava proqnozu açıqlanıb
13.12.2019 15:29 // Cəmiyyət
Gənclər və İdman naziri Biləsuvar rayonunda vətəndaşları qəbul edib (FOTO)
13.12.2019 15:00 // Cəmiyyət
AFFA növbədənkənar Konfrans çağırıb
13.12.2019 14:44 // İdman
Dekabrın 14-də Masallı rayonunun meşə fondu ərazisində ağacəkmə aksiyası keçiriləcək
13.12.2019 14:29 // Cəmiyyət
Avropa Liqası: 1/16 final mərhələsinin püşkü zamanı "Başakşehir" səpələnmişlər səbətində yer alacaq
13.12.2019 14:15 // İdman
Nəsimi irsi ilə bağlı məktəblilər arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib
13.12.2019 14:00 // Təhsil
Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”nun premyerası olacaq
13.12.2019 13:44 // Cəmiyyət
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 48 ölkədən idmançılar iştirak edəcəklər
13.12.2019 13:23 // İdman
Növbəti “TOPs” təlimləri Qusarda reallaşıb
13.12.2019 13:12 // Təhsil
Energetika naziri və nazir müavinləri üç rayonda vətəndaşları qəbul edəcəklər
13.12.2019 12:56 // Cəmiyyət
Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər (FOTO)
13.12.2019 12:40 // Təhsil
Formula 2-də Antuan Yuber mükafatı təsis edilib
13.12.2019 12:24 // İdman
"Seçkilərə ilk namizədlər və seçicilər” layihəsi çərçivəsində Salyan rayonunda maarifləndirmə tədbiri keçirilmişdir
13.12.2019 12:10 // Cəmiyyət
Ağcabədili gənclər narkomaniya və erkən nikahın fəsadları barədə məlumatlandırılıblar
13.12.2019 11:55 // Gənclər üçün
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 11:54 // Cəmiyyət
İlahiyyat İnstitutu ilə Səudiyyə Ərəbistanı universitetləri arasında əməkdaşlıq məsələsi müzakirə olunub (FOTO)
13.12.2019 11:37 // Təhsil