Ru
Bakı
USD
EUR
GBP
RUB

DİM abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsini genişləndirir

news photo

24.05.2019 14:24 // Təhsil

Dövlət İmtahan Mərkəzinin (DİM) növbəti abituriyent məsləhət mərkəzi mayın 31-dən etibarən Azərbaycan Kooperasiya Universitetində yaradılacaq.

DİM-dən Youthportal.az-a bildirilib ki, yay qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron ərizə qəbulu müddətində (mayın 30–dan iyunun 10-dək) Mərkəzin saytında müvafiq cədvəldə verilmiş tarixlərdə rayon təhsil şöbələrində (RTŞ) DİM-in əməkdaşları və RTŞ-nin əlaqələndiriciləri tərəfindən elektron ərizələrin doldurulması ilə əlaqədar abituriyentlərə kömək göstəriləcək.

Xatırladaq ki, məsləhət mərkəzlərində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, abituriyentin elektron ərizəsinin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər. Mərkəzlərin ünvanları ilə linkdə (http://tqdk.gov.az/news/3617/) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi