Ru
Bakı
USD
EUR
GBP
RUB

Dilin lüğət tərkibinin zənginləşməsi yolları müzakirə edilib

news photo

25.12.2018 13:40 // Təhsil

Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “Müstəqillik illərində üslubların inkişafı və dilin lüğət tərkibinin zənginləşmə istiqamətləri” mövzusunda respublika elmi konfransı keçirib.

Youthportal.az xəbər verir ki, konfransda institutun direktoru, akademik Möhsün Nağısoylu dilin lüğət tərkibinin zənginləşməsi yollarından danışıb. Akademik bildirib ki, lüğət tərkibinin inkişafı konkret dil materialı əsasında hər bir dövrün səciyyəvi əlamətləri üzrə nəzərdən keçirilir.

Tədbirdə “Müstəqillik dövründə poeziya dilinin inkişafı”, “Elmi üslubun spesifik xüsusiyyətləri”, “Üslubi novatorluq”, “Müstəqillik illərində Azərbaycan nəsr əsərlərinin mövzu və problematikası”, “Müstəqillik illərində bədii üslubun inkişafı” və “Publisistik üslubda yazılmış mətnlərdə qrammatik normanın pozulması” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

İki əsrin hekayələri

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi