Ru
Bakı
USD
EUR
GBP
RUB

“Dilçilik araşdırmaları” jurnalının yeni nömrəsində gənc doktorantların məqalələri dərc olunub

news photo

04.12.2019 14:43 // Təhsil

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Dilçilik araşdırmaları” jurnalının 2019-cu il üçün birinci nömrəsi çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildirilib ki, məcmuənin bu nömrəsində müasir Azərbaycan dilçiliyi, türkoloji dilçilik, nəzəri və tətbiqi dilçilik, tarixi və müqayisəli dilçiliyin tədqiqinə aid müxtəlif məqalələr öz əksini tapıb. Jurnalın “Gənc dilçilər” bölməsində gənc doktorantların məqalələri işıq üzü görüb.

Jurnalın baş redaktoru akademik Möhsün Nağısoylu, baş redaktorun müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, buraxılışa məsul redaktor filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Həsənli-Qəribova, məsul katib filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyevadır.

“Dilçilik araşdırmaları” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrəsi üçün məqalə qəbulu davam edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi