Ru
Bakı
USD
EUR
GBP
RUB

Diaspor Gənclərinin III Yay Düşərgəsi keçiriləcək

news photo

04.02.2020 10:42 // Gənclər üçün

Diasporla İş üzrə Dövlət Komitəsi irimiqyaslı layihələrindən olan diaspor gənclərinin növbəti yay düşərgəsinə hazırlaşır.

Komitədən Youthportal.az-a bildirilib ki, “Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyən gənclərin artıq qeydiyyatına başlanıb. Yay düşərgəsi bu il iyulun 12-dən 19-na qədər Qusar şəhərində keçiriləcək.

Düşərgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə həsr olunur.

Komitə artıq diaspor gənclərinin iki yay düşərgəsini uğurla həyata keçirib, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gənc nümayəndələri bu mühüm platforma ətrafında bir araya gələrək Azərbaycanla daha yaxından tanış olub, eyni zamanda şəbəkələşmək imkanı qazanıblar.

Hər il olduğu kimi bu il də düşərgədə yaşı18 ilə 29 arasında olan, Azərbaycan dilində ünsiyyət qurmağı bacaran gənclər iştirak edə bilərlər. Əvvəlki düşərgələrdə olduğu kimi Diaspor Gənclərinin III Yay Düşərgəsində də iştirak ödənişsizdir.

“Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyənlər bu lunkə daxil olaraq müraciət forması və düşərgədə iştirak şərtlərini öyrənə bilərlər: http://diaspor.gov.az/qeydiyyat/

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi