Ru
Bakı
USD
EUR
GBP
RUB

Diaspor gənclərinin I Yay Düşərgəsi təşkil edilir

news photo

25.06.2018 11:11 // Gənclər üçün

Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan Azərbaycan əsilli gəncləri ölkəmizdə bir araya gətirərək diaspor hərəkatını daha da gücləndirmək niyyətindədir.

Komitədən Youthportal.az-a verilən məlumata görə, həmin gənclər Komitənin Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birgə təşkil etdiyi diaspor gənclərinin I Yay düşərgəsində iştirak edərək görüşmək imkanı qazanacaqlar.

Düşərgədə iştirak üçün qeydiyyat davam edir. Düşərgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edilir və arzu edənlər sənədlərini iyunun 30-dək elektron qaydada təqdim etməlidir.

Diaspor gənclərinin I Yay düşərgəsində iştirak pulsuzdur.

İştirakçıların seçim meyarları və digər məlumatlarla Komitənin saytında tanış olmaq olar.

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi