Ru
Bakı
USD
EUR
GBP
RUB

“Deyilən söz yadigardır” layihəsi başa çatmışdır (FOTO)

news photo

07.01.2019 15:04 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Deyilən söz yadigardır” layihəsinin təlim-praktiki hissəsi həyata keçirilmişdir. 

Youthportal.az xəbər verir ki, layihənin bu hissəsində 15 məktəbli iştirak etmişdir. Həmin gənclər 2 gün ərzində öncədən müəyyən edilmiş mövzular üzrə fərdi qaydada çıxışlar etmiş, sualları cavablandırmış və bu üsulla layihənin ilk iki günündə öyrənilən nəzəri biliklər gənclərə  tətbiq edilmişdir. Xatırlatmaqda fayda var ki, layihənin təlim sessiyasında “Danışdıqlarım və Mən” mövzusunda silsilə təlimlər keçirilmişdir.

Layihə rəhbəri Cavid Abdullayev keçirilən layihənin önəmini vurğulamış, iştirakçıların öyrəndikləri bilikləri zamanla istifadə edərək daha peşəkar nitqlə cəmiyyətdə və təmsil olunduqları mühitdə uğur qazanacaqlarını bildirmişdir. Sonda layihə iştirakçılarına şəhadətnamələr təqdim edilmiş, xatirə şəkli çəkilmişdir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi