Ru
Bakı
USD
EUR
GBP
RUB

“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində Zaqatala rayonunda intellektual yarış keçirilib (FOTO)

news photo

08.10.2019 13:50 // Cəmiyyət

Oktyabrın 7-də Zaqatala rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.

Fonddan Youthportal.az-a bildiriblər ki, Zaqatala rayonunda fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandasının iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev qeyd edib ki, gənclərin intellektual oyunlara cəlb edilməsi uğurlu bir addımdır. Çünki onların intellekt səviyyəsinin yüksəldilməsi, habelə Fond tərəfindən milli-mənəvi dəyərlərimizin məktəblilər arasında təbliği istiqamətində atılan addımlar görülən tədbirlər hərtərəfli inkişafa hesablanmış vacib addımdır.

Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirib ki, dəyərlərimizin təbliği və inkişafında təhsil mühüm yerlərdən birini tutur. Müasir dövrün reallıqları yüksək bilik və bacarıqlara malik, dövrün tələblərinə cavab verə biləcək insan kapitalının formalaşdırılmasını tələb edir. Xüsusilə bilik və informasiya mübarizəsinin getdiyi bir dövrdə əsas qüvvə olaraq gənclərin intellektual səviyyələrinin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Bu mənada, ölkənin gələcək inkişafı insan kapitalından, bu isə mükəmməl təhsil sistemindən asılıdır.

R.Qurbanov Fond tərəfindən başladılan "Dəyərlərimizi öyrənək" adlı layihənin əsas məqsədinin gənclər arasında dəyərlərimizin təbliğini gücləndirmək, unudulmaqda olan dəyərlərimizin qorunması işinə töhfə vermək olduğunu bildirib. Dəyərlərimizin təbliğatçısı olan intellektli məktəbliləri bir araya gətirən bu layihə çərçivəsində bu günə qədər Bakı, Sumqayıt, Sabirabad, Göyçay və Qubada intellektual yarışlar həyata keçirilib. Bu layihənin əsas məqsədlərindən biri də savadlı region məktəblilərinin tanıdılması, həmçinin müxtəlif şəhər və rayonlardan olan məktəbliləri bir araya gətirərək əsas dəyərimiz olan dostluğun onlar arasında daha da gücləndirilməsidir.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov və Zaqatala Rayon Təhsil Şöbəsinin məsləhətçisi Rəna Abdulrəhmanova belə bir yarışın paytaxtda və regionlarda keçirilməsinin əhəmiyyətini qeyd edərək, milli-mənəvi dəyərlərə bağlılığın önəmindən bəhs edib. Azərbaycan xalqının hər zaman öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə sıx bağlı olduğunu və gənc nəsil tərəfindən bu dəyərlərin qorunub saxlanmasının vacibliyini vurğulayan çıxışçılar intellektual yarış iştirakçılarına uğurlar arzulayıblar.

Gərgin mübarizə şəraitində keçən yarışda rayonun 3 komandası qalib gələrək müvafiq olaraq 1, 2 və 3-cü yerləri bölüşüblər. Birinci yeri tutan Mamrux kənd tam orta məktəbin "Qələbə" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. İkinci yeri tutan şəhər 3 nömrəli tam orta məktəbin "Uğur" və üçüncü yerə layiq görülən Bəhmədli kənd tam orta məktəbin "Odlar Yurdu" komandasının üzvləri müvafiq olaraq sertifikatlarla təltif olunub.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi