Ru
Bakı
USD
EUR
GBP
RUB

Devid Kulthard: Bakı Formula-1 üçün son dərəcə uyğun şəhərdir

news photo

31.03.2017 17:33 // İdman

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi səhifəsində dünya şöhrətli Formula-1 pilotu Devid Kulthardla müsahibə yer alıb.

YouthPortalBŞH-nin saytına istinadla müsahibəni təqdim edir.

- Devid, siz artıq iki dəfə - ötən il keçirilmiş “Red Bull” şousu və Formula-1 üzrə Avropa Qran-prisi zamanı Bakıda olmusunuz. Beləliklə, bu, sizin şəhərimizə üçüncü səfərinizdir. Azərbaycan paytaxtı və Bakı trek haqqında nə deyə bilərsiniz?

- Bəxtim gətirib ki, ilk dəfə Formula-1 Qran-prisi keçirilməzdən bir neçə il əvvəl də Bakıda olmuşam və layihə üzrə işlər geniş vüsət almadan öncə şəhəri görə bilmişəm. Mən “Paddok” kompleksinin inşasının, orada sonradan içərisində mənim də fəaliyyət göstərdiyim şərhçi kabinələrinin quraşdırılmasının şahidi olmuşam. Ancaq etiraf etməliyəm ki, məni hər şeydən çox Bakının heyrətamiz tarixi təsirləndirib. Bakı möhtəşəm memarlığı ilə Formula-1 üçün son dərəcə uyğun şəhərdir. Bakı və Qran-pri yarışları bir-birilərinə çox bənzərdir. Gələcəyə yönəlmək, texniki innovasiyalar və davamlı inkişaf məhz idmanla bu şəhəri birləşdirən əsas anlayışlardır. Bundan əlavə, Bakı şəhər halqası heyrətamiz trekdir və o, yarış iştirakçıları üçün əsl sınaq yeridir. Bu, şəhər treklərində nadir görülən xüsusiyyətlərdəndir.

- Siz avtomobil yarışlarında 14 illik təcrübəyə maliksiniz. Fikrinizcə, trekin hansı hissəsi daha maraqlıdır və yarış iştirakçıları üçün çətindir?

- Bakı trekinin ən maraqlı cəhəti odur ki, burada iki trek vahid bir bütündə birləşir. Məsələn, İçərişəhər divarları boyunca davam edən trekin səkkizinci döngəsində yoxuşu qalxan zaman həddindən çox dar bir hissə mövcuddur. Sonra çox yüksək sürətlə Dənizkənarı Milli Park istiqamətində şütüyürsən. Birinci yarış zamanı Valtteri Bottas sıralama turunda saatda 378 kilometr sürət yığmışdı. Bu isə Montsada yığılan sürətdən də çoxdur. Düşünürəm ki, birinci yarış zamanı pilotlar buna görə çox ehtiyatlı davranırdılar. Simulyatorlarla məşq zamanı onlar anlamışdılar ki, kiçik bir yanlışlıq qəzalara səbəb ola bilər və bu səbəbdən də onlar birinci dəfə daha az riskə getmək qərarına gəlmişdilər. Bax, bu səbəbdən mən ikinci Qran-prini səbirsizliklə gözləyirəm. Ümidvaram ki, pilotlar özlərini daha böyük risklərə hazırlayıblar.

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi