Ru
Bakı
USD
EUR
GBP
RUB

Delfi yarışları yeni formatda keçiriləcək

news photo

17.10.2019 16:01 // Cəmiyyət

Delfi oyunları ikinci dəfə Delfi çempionatı formatında keçiriləcək. Bu mexanizm ilk dəfə 2018-ci ildə Saratovda sınaqdan keçirilib və yüksək qiymət alıb. Elə həmin vaxt Delfi oyunlarının 20 illiyi ilə bağlı bayram tədbirlərinə start verilib.

Yarışın Təşkilat Komitəsindən Youthportal.az-a bildirilib ki, 2019-cu il noyabrın 22-26-dək Rusiya Federasiyasının Moskva vilayətində MDB üzvü olan dövlətlərin On dördüncü Gənclər Delfi Oyunları keçiriləcək.

Yarışlar fortepiano, skripka, akademik, xalq və estrada mahnıları, açıq nominasiya üzrə yarışlarda MDB üzvü olan dövlətləri təmsil edən yığma komandalar tərkibində 10-25 yaşlarında yüksək ustalıq səviyyəsinə malik olan 400-dən çox incəsənət nümayəndəsinin iştirakı planlaşdırılır. Rəsmi açılışı 2019-cu il noyabrın 25-də "Vegas City Hall" səhnəsində keçiriləcək.

Delfi çempionatının mexanizminə görə, iştirakçılar üç turda cüt şəkildə yarışacaqlar. Çıxışların nəticələrinə əsasən hər cütlükdə növbəti tura çıxan qalib müəyyən edilir. İki yarımfinalın qalibləri finalda birinci və ikinci yerlər uğrunda mübarizə aparacaqlar. İki yarımfinalda məğlub olanların hər biri üçüncü yerə sahib olur. Münsiflər heyətinə və qonaqlar sırasına MDB ölkələrinin 50-dən çox görkəmli incəsənət xadimi daxil olacaq.

Bu oyunlar MDB Hökumət Başçıları Şurasının "2016-2020-ci illər üçün Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin mədəniyyət sahəsində əsas əməkdaşlıq tədbirləri haqqında” 29 may 2015-ci il tarixli və “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2019-2020-ci illərdə humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı haqqında” 2 noyabr 2018-ci il tarixli qərarlarına, Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirlər Şurasının “2020-ci ilə qədər olan dövrdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin beynəlxalq gənclik əməkdaşlıq strategiyasının reallaşdırılması üzrə 2018-2020-ci illər üçün tədbirlər planı haqqında” 10 oktyabr 2017-ci il tarixli qərarına müvafiq olaraq keçiriləcək.

Qeyd edək ki, Delfi oyunları e.ə. 582-ci ildə Yunanıstanda yaranıb. Əvvəllər Pifi oyunları adlanan Delfi oyunları bundan 1600 ildən çox əvvəl Olimpiya oyunları ilə bərabər qadağan edilib və yalnız XX əsrin əvvəlində bərpa olunub: 1927-1930-cu illərdə Yunanıstanda antik Pifi oyunlarının tam analoqu olan Delfi festivalı keçirilib. Lakin İkinci Dünya müharibəsi illərində bu ali incəsənət forumunun keçirilməsini müvəqqəti dayandırmaq zərurəti yaranıb.

Delfi oyunlarının bərpası üzrə iş XX yüzilliyin 70-ci illərində Sovet İttifaqında davam etdirilib və gənclər təşkilatlarının yaradıcı tədbirlərinin reallaşdırılması çərçivəsində həyata keçirilib. Toplanmış təcrübə 1999-cu ildə Rusiya Milli Delfi Şurasının (Rusiya MDF) yaranması və Delfi oyunlarının müasir formatının hazırlanması ilə nəticələnib.

2000-ci ildə Delfi oyunları tarixində ümumdünya miqyaslı hadisə kimi yeni era başlanıb. O vaxt Moskvada Rusiya Milli Delfi Şurası tərəfindən 27 ölkənin iştirakı ilə müasir dövrdə Birinci Ümumdünya Delfi oyunları keçirilib. Həmin Oyunlarda 18 nominasiyada 938 nəfər iştirak edirdi, münsiflər heyətinə isə 13 ölkənin nümayəndələri daxil idi.

Hazırda Beynəlxalq Delfi Komitəsinin (qərargahı Moskvada yerləşir) fəaliyyətində 115 ölkənin nümayəndələri iştirak edir.

2014-cü ildə Oyunların yeni formatı – Avropa Delfi oyunları hazırlanıb. Bu tipli ilk yarışlar 26 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilmiş Birinci Avropa Açıq Gənclər Delfi oyunları (Volqoqrad, Rusiya Federasiyası) oldu.

İndiyə qədər MDB iştirakçısı olan dövlətlərin gəncləri arasında 13 Delfi oyunları keçirilib. Bu tədbirlərin təkcə final mərhələlərində Birlik üzvü olan bütün ölkələrdən 10-25 yaşlarında 10 mindən çox gənc oğlan və qız iştirak edib.

Milli səviyyədə ayrı-ayrı dövlətlərin Oyunları keçirilir. Bu seçmə yarışlar əsasında beynəlxalq Delfi yarışları üçün yığma komandalar formalaşdırılır. Məsələn, Rusiya Federasiyasında gənclər arasında Delfi oyunları 18 dəfə, Qazaxıstan Respublikasında 13 dəfə, Moldova Respublikasında 3 dəfə, Ukraynada 5 dəfə keçirilib. Bolqarıstan, İtaliya, Türkiyə və Cənubi Afrika Respublikasında festivallar formasında yarışlar keçirilir.

Digər xəbərlər

Xəbər lenti

“Anamın kitabı”nı bir daha oxuyaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi