Ru
Bakı
USD
EUR
GBP
RUB

Daxilinə qurd beyni yerləşdirilmiş robot hərəkət etməyə başlayıb

news photo

21.02.2018 18:23 // Dünyada

Qurdlar çox zaman insanlara şüursuzca hərəkət edən primitiv varlıqlar kimi görünür. Alimlər məhz onların bu hərəkətinə bənzər rəqəmsal beyin yaratmağa çalışırlar.

Youthportal AZƏRTAC-a istinadən bildirir ki, alimlər daha mürəkkəb varlıqların beyninin rəqəmsal surətini yaratmağı da planlaşdırırlar, lakin bu işə ilk olaraq qurdlardan başlayıblar. Bu yaxınlarda tədqiqatçılar ilk dəfə "Caenorhabditis elegans" qurdunun beyninin rəqəmsal surətini yaratmağa və onu robotu idarə edən çipə yerləşdirməyə müvəffəq olublar. Təəccüblüdür, lakin robot işə salındıqdan sonra heç bir idarəetmə olmadan müstəqil hərəkət etməyə başlayıb, onun davranışı qurdun davranışını xatırladıb. Bunun necə baş verməsi, əldə olunmuş nəticələrin sınaqlar zamanı necə istifadə ediləcəyi və ya bu üsul vasitəsilə insan beyninin deşifrə olunub-olunmayacağı hələlik məlum deyil.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi