Ru
Bakı
USD
EUR
GBP
RUB

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın Dövlət müstəqilliyinin 28-ci ildönümü qeyd olunub (FOTO)

news photo

10.09.2019 16:42 // Cəmiyyət

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın Dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC), Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) rəhbərləri, elm, mədəniyyət, incəsənət xadimləri, müəllim və tələbələr, yerli azərbaycanlılar və jurnalistlər iştirak edib.

Əvvəlcə qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində DDPU-nin rəssamlıq fakültəsinin tələbələri tərəfindən çəkilmiş və “İstiqlaliyyətin 28-ci ili mübarək, Özbəkistan” adlı sərgi ilə tanış olublar.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb, Azərbaycan-Özbəkistan dostluğuna, habelə Özbəkistanın əldə etdiyi nailiyyətlərə dair videoçarx nümayiş olunub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibətilə özbək xalqını təbrik edib, ölkələrimiz arasındakı əlaqələrin milli-mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olduğunu qeyd edib. Səfir strateji tərəfdaşlıq səviyyəsinə çatan Azərbaycan-Özbəkistan əlaqələrindən danışıb.

Tədbirdə çıxış edən ÖADC-nin icraçı direktoru, professor Erkin Nuriddinov Özbəkistanın dövlət müstəqilliyinin Azərbaycan Mədəniyyət Mərkəzində qeyd olunmasının xüsusi önəm kəsb etdiyini, bunun bir daha dostluğumuzun, qardaşlığımızın göstəricisi olduğunu deyib. E.Nuriddinov Özbəkistanın müstəqillik əldə etdikdən sonrakı nailiyyətlərindən, dünya siyasətində qazandığı uğurlardan söz açıb, təşkil olunan tədbirə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib, iki qardaş ölkə arasında mövcud olan əməkdaşlığın daha da inkişafından məmnunluğunu ifadə edib.

Sonra DDPU-nin tələbələri Vətənə həsr olunan şeirlər söyləyiblər.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı milli rəqslərimizi, Özbəkistanın dünya şöhrətli “Özbək gəncləri” musiqi ansamblı isə hər iki xalqın rəqs və musiqilərini ifa ediblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi