Ru
Bakı
USD
EUR
GBP
RUB

Daşkənddə keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün önəmindən danışılıb

news photo

29.12.2016 12:00 // Cəmiyyət

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər veriri ki, AMM-də keçirilən tədbirdə diplomatlar, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, mətbuat nümayəndələri, tanınmış soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qonaqları bayram münasibətilə təbrik edib, Həmrəylik Gününün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Bildirilib ki, ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd olunan bu bayram sonradan Azərbaycanın bütün ərazisində keçirilməyə başlanıb. Səfir ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsi ilə bağlı tarixi qərarının mahiyyətindən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, ölkəmizin dünyada nüfuzunun artması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verib.

Səfir deyib ki, 2013-cü ildən bəri Özbəkistan mətbuatında Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi keçirilir, jurnalistlər mükafatlandırılır.

Bu il keçirilən müsabiqəyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin Azərbaycan mədəniyyətinin saxtalaşdırılması, ölkəmizdə multikulturalizm ənənələri, turizm potensialı, Azərbaycanın tarixi, mədəniyyəti və digər mövzularla əlaqədar məqalələr də təqdim edilib.

Sonra səfir qalib gələn jurnalistlərə mükafatlar təqdim edib.

Bu nominasiyalar üzrə jurnalistlər Boris Babayev, Yuliya Sabanina, Dilbar Babacanova, Luiza Maxmudovaya, həmçinin tnews.uz, kun.uz və sharh.uz portallarının nümayəndələrinə mükafatlar təqdim olunub.

Özbək tarixçisi Şuxrat Salamovun “Qarabağ: İdeyalar müharibəsi” kitabı və filoloq Səadət Muxammadovanın “Müasir Azərbaycan və özbək ədəbiyyatının xüsusiyyətləri” kitabları 2016-cı ilin Azərbaycanla bağlı nəşr olunmuş ən yaxşı kitab nominasiyasında qalib olub.

Azərbaycanın və Özbəkistanın Xalq Artisti, tanınmış opera rejissoru Firudin Səfərov, kinorejissor Eldar Məmmədov ilin ən fəal azərbaycanlıları kimi təltif ediliblər.

Çıxış edən jurnalistlər və soydaşlarımız onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, səfirliyimizə, AMM-yə öz təşəkkürlərini bildiriblər.

Tədbirin bədii hissəsində Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan və Özbəkistanın xalq və bəstəkar mahnılarını ifa ediblər.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi