Ru
Bakı
USD
EUR
GBP
RUB

“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə düşərgə təşkil olunub

news photo

13.11.2019 19:36 // Gənclər üçün

“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi, onların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə 17-20 oktyabr 2019-cu il tarixlərində, Biləsuvar rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “yay məktəbi” düşərgəsi keçirmişdir. Düşərgənin açılış mərasimi Biləsuvar rayon Gənclər Evində baş tutmuşdur.

Youthportal.az xəbər verir ki, tədbirin açılış mərasimində Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev və Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə, təlimçilər və 35 nəfər gənc iştirak etmişlər.

Tədbirin açılışını edən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov qonaqları salamlayaraq, tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışmış, ölkəmizdə gənc sahibkarlara yaradılan şərait və Azərbaycan gənclərinin sahibkarlıq sahəsində qazandığı uğurlar haqqında məlumat vermişdir. Daha sonra Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov və Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə çıxış edərək gənclərə ölkədə uğurla həyata keçirilən gənclər siyasətindən, həmçinin, maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətlərindən bəhs etmişlər. Sonda “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Səbinə Əliyeva gənclərə donor təşkilat və layihə haqqında ətraflı məlumat vermişdir. Layihə çərçivəsində, 3 gün müddətində peşəkar təlimçilər tərəfindən gənclərə sahibkarlıq, sahibkarlıqda könüllülüyün rolu, rəqəmsal marketinq, layihələrin idarə olunması mövzularında təlimlər keçirilmişdir. Layihə çərçivəsində gənclər Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə yaxından tanış olub, həmçinin rayonun Əliabad kəndində yerləşən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi