Ru
Bakı
USD
EUR
GBP
RUB

“Dakar-2020” Səudiyyə Ərəbistanında keçiriləcək

news photo

17.04.2019 18:00 // İdman

Məşhur Dakar ralli-reydinin təşkilatçıları yarışın 2020-ci ildə Səudiyyə Ərəbistanı ərazisində keçiriləcəyini bəyan ediblər.

Youthportal.az “F1News.ru”ya istinadla xəbər verir ki, ralli-reydin Cənubi Amerikadan Yaxın Şərqə köçürüləcəyi barədə ilk məlumat cari ilin əvvəlində yayılsa da, yalnız bu gün rəsmi təsdiqini tapıb.

“Afrika gözəlliklərinin kəşfindən 30 il və Cənubi Amerika landşaftını əhatə edən macəra və tədqiqatlardan onilliklər keçdikdən sonra Dakarın tarixində yeni səhifə açılır. Dünyanın ən iri ralli-reydi Yaxın Şərqdə - Səudiyyə Ərəbistanında debüt edəcək. Burada yürüşçüləri təkcə macəra gözləməyəcək.

Ralli-reyd onlara özlərini tanış olmayan ərazidə sınamaq, idarəetmə və səmtləşmə bacarığını nümayiş etdirmək və çağırışları dəf etmək imkanı verəcək”, - deyə təşkilatçıların məlumatında bildirilir.

Təşkilatçılar qarşıdakı rallinin digər təfərrüatları barədə yaxın vaxtlarda danışacaqlarına söz veriblər.

Digər xəbərlər

Xəbər lenti

“Adagio” yenidən göstəriləcək

Bakalavrların nəzərinə!

Atəşkəs 21 dəfə pozulub

"Avroviziya-2019"un qalibi məlum oldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi