Ru
Bakı
USD
EUR
GBP
RUB

Daha iki boksçumuz finalda

news photo

25.06.2015 16:45 // Bakı-2015

Bakı-2015 I Avropa Oyunlarında boks üzrə medal yarışları davam edir.

Youthportal.az xəbər verir ki, bu gün artı bir neçə yarımfinal matçları baş tutub və daha iki boksçumuz finala yüksəlib.

52 kq

Yeniyetmələr və gənclər arasında Avropa çempionumuz Elvin Məmişzadə yarımfinalda almaniyalı Hamza Tubaya 3-0 qalib gələrək finala vəsiqə qazanıb.

O, çempionluq üçün italiyalı Viçenzo Rikardi ilə döyüşəcək. Qarşılaşma sabah saat 18:45-də olacaq.

64 kq

Bu çəki dərəcəsindəki idmançımız Lorenzo Sotomayor yarımfinalda ukraynalı Viktor Petrovla qarşılaşıb. Hər 3 raundu üstün başa vuran Sotomayor qızıl medal uğrunda döyüşmək hüququ qazanıb. Kuba əsilli idmançımız finalda italiyalı Vinçenzo Manqiakapre ilə üz-üzə gələcək.

Xatırladaq bundan öncə Teymur Məmmədov (81 kq) da finala vəsiqə qazanıb.

Yarımfinalda rusiyalı Yelena Savelayevaya 0-3 hesabı ilə məğlub olan Anna Əlimərdanova isə bürünc medulla kifayətlənməli olub.

+91 kq çəkidə döyüşən Məhəmmədrəsul Məcidov isə yarımfinalda Qasan Gimbatovla (Rusiya) qarşılaşmalı olsa da, döyüş baş tutmayacaq. İkiqat dünya və Avropa çempionumuz zədə səbəbindən qarşılaşmaya çıxmayacaq. Buna görə, Məhəmmədrəsul da bürünc medulla kifayətlənib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi